Aqro İnformasiya Mərkəzi

Fermerlərin “Sərvət”i

Fermerlərin təklifi

Arı ailəsi
Arı ailələri satıram. Qiyməti razılaşma ilə.

pomidor
75 ton əla növ pomidor, qiymeti raz. ilə

Buğda
200 ton buğda məhsulu. Qiyməti razılaşma ilə.

Hava haqqında

Bakı +24..+26 °C
Rayonlarımız

Fəaliyyət

Şöbə aşağıda qeyd olunan 3 əsas istiqamətlərdə monitorinq fəaliyyəti həyata keçirir:

Prosesin monitorinqi


vasitəsilə AİM ilk növbədə təlimatçılarin bilik, bacarıq və digər təlimatçı keyfiyyətlərini, eyni zamanda verilmiş təlimlərin keyfiyyətini ölçməklə inkişafı qiymətləndirir. Digər tərəfdən isə təlim alan kənd təsərrüfatı məsləhətçilərinin nəzəri bilik və praktiki bacarıqlarının inkişafının hansı səviyyədə dəyişməsi prosesini izləyir.

Nəticənin monitorinqi

adından göründüyü kimi təlim komponentinin nəticəsi olaraq nələr baş verməsinə yönəlmişdir. Belə ki, AİM məsləhət işinin davamlılığı baxımından məsləhətçilərin müstəqil olaraq məsləhət xidmətindən necə maliyyələşmələrini izləmək üçün fermerlərin onlara ödəniş etmələrinə diqqət edir.

Təsirin monitorinqi


AİM-in əsas məqsəd qrupu olan kənd təsərrüfatı ilə məşğul olan əhalinin rifah halının dəyişməsini izləmək Monitorinq və Qiymətləndirmə Şöbəsinin əsas vəzifələrindən biridir. Təsirin monitorinqi vasitəsi ilə AİM, məsləhət xidmətlərinin bu dəyişikliklərdə nə dərəcədə rol oynamasını və fermerlərin bu xidmətlərdən necə faydalanmalarını ortaya çıxarır.