Aqro İnformasiya Mərkəzi

Fermerlərin “Sərvət”i

Fermerlərin təklifi

Arı ailəsi
Arı ailələri satıram. Qiyməti razılaşma ilə.

pomidor
75 ton əla növ pomidor, qiymeti raz. ilə

Buğda
200 ton buğda məhsulu. Qiyməti razılaşma ilə.

Hava haqqında

Bakı +24..+26 °C
Rayonlarımız

Metodlar

Monitorinq və Qiymətləndirmə Şöbəsi sturuktur və məqsədlərinə nail olmaq üçün müxtəlif metodlardan istifadə etmişdir:

      Təlimatçıların otaq təlimlərinin sxemlə qiymətləndirilməsi: Bu metod vasitəsilə təlim müşahidə olunduqdan sonra aparıcı təlimatçının bilik və bacarıqları müzakirə olunaraq xüsusi forma ilə qiymətləndirilir, üstün cəhətlər vurğulanır və zəif cəhətlərin aradan qaldırılması üçün tövsiyyələr verilir.

      Təlimalanlar tərəfindən təlimin sxemlə qiymətləndirilməsi: Bu qiymətləndirmə metodu vasitəsi ilə təlim alan məsləhətçilərin həm özlərinin təlimə marağı və işitrakı, həm də təlimin təşkili və aparılması barədə münasibətləri aşkara çıxarılır.

      Pre və post testlər: Pre-post testlərin keçirilməsi həm prosesin, həm də nəticənin monitorinqi baxımından təlimin, təlimatçının və təlimalanların keyfiyyətlərinin izlənməsi üçün çox effektiv bir metotdur. Bu metod vasitəsilə həm təlimatçının mövzunu çatdırmaq bacarığı və s. göstəriciləri, həm də təlimalanların mövzunu mənimsəmə səviyyələri izlənilir.

      Təlimalanların nəzəri bliklərinin qiymətləndirilməsi: Nəzəri biliklərin qiymətləndirilməsi təlim dövründə 4 dəfə təlimalanların nəzəri biliklərinin inkişafının hansı səviyyədə olduğunu izləməyə xidmət edir. Qiymətləndirmə təlim proqramına uyğun olaraq hər sahə üçün tərtib olunmuş suallar əsasında yazılı imtahan formasında həyata keçirilir.

      Təlimalanların praktiki bacarıqlarının sxem qiymətləndirilməsi: Bu fəaliyyət təlim dövrü ərzində 3 dəfə həyata keçirilərək məsləhətçilərin fermerlərlə məsləhət xidmətlərini praktiki olaraq sahədə necə yerinə yetirmələri prosesinin hansı səviyyədə dəyişməsini izləyir.

      Məlumatların toplanması:
    1. Məsləhətçilərin aylıq hesabatları
    2. MQ şöbəsi tərəfindən yerlərdə müşahidə
    3. Fermer və onun ailəsinin vəziyyətini öyrənmək üçün sorğu
    4. Fermerlərin məmnunluq sorğusu