Aqro İnformasiya Mərkəzi

Fermerlərin “Sərvət”i

Fermerlərin təklifi

Arı ailəsi
Arı ailələri satıram. Qiyməti razılaşma ilə.

pomidor
75 ton əla növ pomidor, qiymeti raz. ilə

Buğda
200 ton buğda məhsulu. Qiyməti razılaşma ilə.

Hava haqqında

Bakı +25..+27 °C
Rayonlarımız

Marketinq

AİM 2007-ci ilin avqust ayından etibarən məqsəd qruplarının bazarla əlaqələndirilməsinə və beləliklə məsləhət və informasiya xidmətilə yanaşı biznez inkişaf  xidmətlərini də həyata keçirməyə başladı. Doğrudur, təşkilat bundan əvvəl də biznes inkişaf xidmətləri ənənələrinə malik idi. Belə ki, AİM bundan əvvəl də məqsəd qruplarına iqtisadi mövzularda təlim verməklə, bazar məlumatlarının toplanaraq məqsəd qruplarına ötürülməsini təmin etməklə, Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı (FAO) ilə birgə Ərzaq Təchizatı Zənciri (ƏTZ) iştirakçıları arasında fokus qrup müzakirələri keçirməklə bu sahədə addımlarını atmışdır. Lakin İ&M şöbəsini formalaşdırmaqla daha konkret hədəfləri müəyyənləşdirdi. Onalar aşağıdakılardır:

      Regionda ayrı-ayrı kənd təsərrüfatı məhsulları üzrə Ərzaq Təchizatı Zəncirinin qurulması
      Məqsəd qruplarının bazar məlumatları ilə təmin edilməsi.
      Marketinq İnformasiya Sisteminin qurulması

ƏTZ-nin qurulmasl istiqamətində AİM-in fasilitatorluğu aşağıdakı istiqamətlərdə müəyyənləşmişdir:

      Marketinq təlimləri
      Bazara yeni çıxış imkanları/kanalları
      Bazar məlumatları
      Təcrübələrin qazanılması  və mübadiləsi  Məhsulun rəqabət qabiliyyətinin artırılması