Aqro İnformasiya Mərkəzi

Fermerlərin “Sərvət”i

Fermerlərin təklifi

Arı ailəsi
Arı ailələri satıram. Qiyməti razılaşma ilə.

pomidor
75 ton əla növ pomidor, qiymeti raz. ilə

Buğda
200 ton buğda məhsulu. Qiyməti razılaşma ilə.

Hava haqqında

Bakı +25..+27 °C
Rayonlarımız

Heyət

 Yohannes Petrus Aqnus Lamers
AİM-in banisi və fəxri üzvü

Doktor Lamers 1957-ci ildə Hollandiyada anadan olmuşdur. O, burada Vağeningen Kənd Təsərrüfatı Universitetində aqronomiya və Almaniyadakı Hohenhim Universitetində aqro-iqtisadiyyat fakultələrini bitirmişdir. O, resursların idarə edilməsi, fermerçilik sistemlərinin iqtisadiyyatı və kənd təsərrüfatı üzrə məsləhətçilik üzrə ixtisaslanmışdır. Doktor Lamers 15 il ərzində Afrikada qısa və uzun müddətli missiyalar həyata keçirmişdir. O, doğma holland dilindən başqa alman, ingilis və fransız dillərini də mükəmməl bilir. Doktor Y. Lamers AİM-in fəaliyyətinə göstərdiyi böyük köməkliklərə görə 2000-ci ildən təşkilatın fəxri üzvü adını daşıyır.


Fazil Cəfərov
Direktor/Təlimatçı

Fazil Cəfərov Azərbaycanın Gəncədə yerləşən Kənd Təsərrüfatı Akademiyasının məzunudur. O, illər ərzində regional səviyyədə keçirilən kənd təsərrüfatı üzrə tədbirlərin planlaşdırılma və idarə edilməsi ilə məşğul olmuşdur. Baş aqranom kimi zəngin və əhəmiyyətli təcrübəyə malikdir. Hazırda təşkilatda kənd təsərrüfatı məsləhətçilərinin təlimatlandırılmasında təlimatçı olaraq öz töhfəsini verməkdədir. Bundan başqa Qarabağ bölgəsinin torpaq münbitliyinin idarə edilməsi üzrə tədqiqat işləri aparır. O, AİM-in təşəbbüsçülərindən və yaradıcılarından biridi.
 


Nəzakət Bəyverdiyeva
Direktor Müavini, Donor/Xarici Əlaqələndirici

Nəzakət xanım Bəyverdiyeva 2002-ci ildən bəri AİM ilə birlikdədir. Azərbaycan Dövlət Dillər Universitetinin məzunudur. AİM daxilində təlim materiallarının yaxşılaşdırılmasında və yeni təlim modulları və əyani vəsaitlərin inkişaf etdirilməsində çox böyük zəhməti olmuşdur. AİM-də onun rəhbərliyi altında kompleks monitorinq və qiymətləndirmə sistemi uğurla başlanmışdır ki, bu da AİM-in inkişafına çox böyük töhfə olmuşdur. 2005-ci ildən AİM-də Direktor Müavini vəzifəsində çalışır.
 


Yeganə Quliyeva
Regional və Təşkilati İnkişaf üzrə Məsləhətçi


Yeganə Azərbaycan Dövlət Dillər Universitetində Avropa (İngilis, Fransız) dilləri üzrə təhsil almışdır. O, beynəlхalq QHT-lərdə 1997-ci ildən çalışır. Yeganə 1999-cu ildə AIM-in təsisçilərinə qoşularaq onun böyük gələcək perspektivi və güclü təşkilati bazası olan milli QHT olmasına dəstək olmuşdur. Bu yaxınlarda Almaniya və Çilidə bitirdiyi regional inkişafın planlaşdırılması və idarəedilməsi üzrə magistr kursundan sonra o, AİM-ə strateji qərarvermədə dəstək verir.

 

Roland Kilan Şlot
Məsləhətçi/DFY Ölkə üzrə Direktor
(2003-cü ilə gədər)

Roland AİM-in inkişafında böyük rol oynamış və onun müstəqil, güclü və ictimaiyyət tərəfindən tanınmış təşkilata çevrilməsinə böyük köməklik göstərmişdir. O, tropik aqronomdur və bir neçə il Qırbi Afrikada fermerçilik və marketinq üzrə assosiasiyalarda işləmişdir. Roland öz ana Alman dili ilə yanaşı Azərbaycan dilində də sərbəst danışır.

 

 Yaşar İskəndərov
Maliyyə Meneceri/Təlimatçı

Yaşar İsgəndərov yaradıldığı gündən AİM ilə birgə çalışır. AİM-in maliyyə sisteminin qurulmasında dəyəri lazımınca qiymətləndirilməlidir. Avqust 2001-ci ildən etibarən müxtəlif illərdə Azərbaycandakı müxtəlif BQHT-lərlə AİM-in əməkdaşlıq layihələri üzrə məsul şəxs olmuşdur. Şimali Tacikistanda kənd təsərrüfatı üzrə məsləhət sisteminin qurulmasında Kanada QHT olan MEDA üçün konsultant kimi çalışmışdır. Bunlarla yanaşı o, iqtisadiyyat və bazar araşdırmaları ilə əlaqədar təşkilatın keçirdiyi təlimlərə cavabdehdir.
1993-cü ildə onun doğma Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal olunmasından sonra ailəsi ilə birlikdə Bakıda məskunlaşdmışdır.
 
 

 Solmaz Adıgözəlova
Proqram Koordinatoru/Baş Təlimatçı

Solmaz xanım Adıgözəlova AİM-in dəyərli heyət üzvlərindən biridir. O, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Bitki Mühafizəsi” fakultəsinin məzunudur. İş təcrübəsində biologiya müəllimi kimi də fəaliyyət göstərmişdir. On ildən artıq təlim və təlimatlandırma üzrə təcrübəyə malikdir. Xanım  Solmaz Adıgözəlovanın        eyni zamanda Azərbaycan Pedaqoji Univerisitetinin “İbtidai Təlimin Pedaqogikası və Metodikası” fakultəsində təhsil alması ona təlim işlərini daha uğurla həyata keçirmədə bir yardımçı olmuşdur. Solmaz Adıgözəlova Özbəkistan və Tacikistanda kənd təsərrüfatı məsləhəti üzrə təlimatçıların təlimi və digər müvafiq təlimlər keçirmişdir. AİM-in baş təlimatçısıdır. Hazırda kənd təsərrüfatı məsləhətçilərinin bütün seçim və təliminin idarəolunmasılna cavabdehdir.
 
 

 Zülfü İsmayılov
Proqram Koordinatoru/Təlimatçı

Zülfü İsmayılov AİM-in yaradılmasında fəal iştirak etmiş və Diakonie təşkilatının Azərbaycanda fəaliyyəti dövründə qazandığı geniş bilik və dəyərli təcrübəsini töhfə vermişdir. Digər işçilər onu “AİM-in qızıl əlləri” kimi tanıyırlar. Müxtəlif vaxtlarda AİM-in BQHT-lərlə müxtəlif Əməkdaşlıq Proqramları üzrə məsul şəxs olmuşdur.

 
 

 Əlövsət Abdulov
Təlimatçı

AİM işçilərinin əksəriyyəti kimi Əlövsət Abdulov AKTA-nın məzunudur. O, baytarlıq üzrə mütəxəssisdir. 2000-ci il may ayında Misirdə keçirilmiş Heyvandarlıq İstehsalı və Genetik İnkişaf üzrə təlimdə iştirak etmişdir. İlk dəfə AİM-ə könüllü kimi cəlb olunmuş və sonradan sahə məsləhətçisi təyin edilmişdir. 2001-ci ildə AİM-in Aclıq Əleyhinə Hərəkat (ACH) təşkilatı ilə Ağcabədi və Beyləqan rayonlarında Birgə Layihəsinin Proqram Əlaqələndiricisi vəzifəsinə təyin olunmuşdur.
 

Elman Səfiyev
Monitorinq və Qiymətləndirmə İşçisi/İqtisatçı-Təlimatçı

Elman Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2002-ci ildən AİM-in üzvü olmaqla yaşadığı Ağcabədi rayonu Arazbar kəndində özəl kənd təsərrüfatı məsləhətçisi kimi xidmət göstərir. Elman AİM-in heyətində iqtisadiyyat və biznes yönümlü təlim modullarının hazırlanmasında və həyata keçirilməsində böyük təcrübələr qazanmışdır. Hazırda təşkilatda Monitorinq və Qiymətləndirmə ilə bərabər, habelə AİM-in strategiyasında yeni xətt olan ödənişli kursların yaradılması və fəaliyyəti işləri üzrə məsuldur.
 

 Anar Səfərov
İnformasiya və Marketinq Meneceri

Anar Səfərov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. İstehsal və xidmət sahələrinin menecmenti üzrə magistr dərəcəsi var. Sonralar təhsilini Hollandiyanın Dronten Profesional Kənd Təsərrüfatı Universitetinin “Beynəlxalq Regional İnnovasiya və İnkişaf” fakultəsində davam etdirərək “ingenieur” dərəcəsi almışdır. 2003-cü ildən AİM-də İctimai Əlaqələr, informasiya redaktəsi və nəşri sahəsində fəaliyyət göstərir. 2007-ci ildən marketinq sahəsində də təcrübə qazanmağa başlamışdır.
 
 

 Məhərrəm Haqverdiyev
Torpaq, Su və Bitki Analizi Laboratoriyasında  Baş Laborant

Məhərrəm Haqverdiyev 2000-ci ildən AİM-in üzvüdür. Gəncədəki Kənd Təsərrüfatı Akademiyasının məzunudur. İxtisasca aqrokimya-torpaqşünasdır. Ağcabədi rayon kənd təsərrüfatı idarəsində aqronom və digər təşkilati vəzifələrdə işləməsi ona böyük iş təcrübəsi vermişdir. 2001-ci ildən yaşadığı Ağcabədi rayonu Qiyamadınnı kəndində müstəqil kənd təsərrüfatı məsləhətçi kimi fəaliyyət göstərir. Hazırda Torpaq, Su və Bitki Analizi Laboratoriyasında Baş Laborant vəzifəsində çalışır.