Aqro İnformasiya Mərkəzi

Fermerlərin “Sərvət”i

Fermerlərin təklifi

Arı ailəsi
Arı ailələri satıram. Qiyməti razılaşma ilə.

pomidor
75 ton əla növ pomidor, qiymeti raz. ilə

Buğda
200 ton buğda məhsulu. Qiyməti razılaşma ilə.

Hava haqqında

Bakı +25..+27 °C
Rayonlarımız

Konsultasiya


Beynəlxalq və yerli QHT-lər üçün qısa müddətli təlimlər


Azərbaycan. AİM beynəlxalq və yaxud milli QHT-lər üçün məsləhət xidmətləri və heyətin inkişaf etdirilməsinə dair təlim keçməkdə təcrübəyə malikdir. Keçirlimiş müxtəlif seminarların iştirakçıları arasında təşkilatların əsas heyət üzvləri və həmçinin sahə işçiləri olmuşdur.

1999-cu ilin avqust ayından etibarən Zaqatalada Özəl Kənd Təsərrüfatı Məsləhəti və İnformasiya Mərkəzi üçün məsləhət xidmətlərinin yaradılması üzrə müxtəlif təlim sessiyaları keçirilmişdir.

UMCOR-Azərbaycan təşkilatı ilə birgə məsləhət xidmətinin tətbiqi üzrə 1999-cu il sentyabrdan 2000-ci il dekabr ayınadək davam edən sahə məsləhətçilərinin hazırlanması təlimləri yaxşı nəticələr vermişdir.

Azərbaycanda Britaniya Humanitar Təşkilatı olan CAD-ın ( Children’s AID Direct) sahə heyəti üçün Ünsiyyət Vərdişləri üzrə Tərtər rayonunda (1-3 avqust 2000-ci il); Ünsiyyət və Heyətin İnkişafı üzrə (6-8 sentyabr 2000-ci il), Mingəçevirdə (8-10 noyabr 2000-ci il) Heyətin Qurulması üzrə təlimatlandırma səfərləri ilə bir neçə sinif təlimi vermişdir.

İcmanın kənd təsərrüfatı potensialının gücləndirilməsi və icma üzvlərinin həyat şəraitinin yaxşılaşdırılmasına yardım üçün Beynəlxalq Dünyaya Baxış təşkilatının qısa müddətli tapşırığı olaraq 15 aprel–15 iyun 2004-cü ildə yerlərdə kənd təsərrüfatı mütəxəssislərinin təlimatlandırılmasını müvəffəqiyyətlə yerinə yetirilmişdir.

Özbəkistan. Alman Aqro Hərəkatının (AAH) Urgenç ofisinin dəvətilə AİM AAH-nın müəyyən etdiyi iştirakçılara 2005-ci ilin aprel ayında qısa müddətli seminar-məşğələ keçmişdir. 18-28 aprel tarixində Urgenç şəhərində keçirilən təlim proqramına Məsləhət Nəzəriyyəsi, Fermer təsərrüfatı İqtisadiyyatının Əsasları və Marketinq Prinsipləri mövzuları daxil edilmişdir. Baş Təlimatçı Solmaz xanım Adıgözəlova və təlimatçı Yaşar İsgəndərovun keçirdiyi təlimin məqsədi aşağıdakılar olmuşdur:

  • Məsləhət xidməti üçün daha yaxşı ünsiyyət vərdişlərinin əldə olunması
  • Qabaqcıl məsləhət xidməti yanaşması metodologiyaları və planlaşdırması ilə tanışlıq
  • Marketinq və fermer təsərrüfatı iqtisadiyyatı üzrə ilkin bilik və bacarıqların əldə edilməsi

Tacikistan. Suqd vilayətində fermerçiliklə məşğul olan ailələrin yoxsulluq səviyyəsinin azaldılması məqsədilə Tacikistanın şimalında dörd illik layihəni həyata keçirən Kanadanın beynəlxalq qeyri-hökumət təşkilatı olan (Mennonite Economic Development Associates) – MEDA-dan gələn təklif AİM tərəfindən böyük maraqla qəbul edildi. Əsaslı təklif paketini təqdim edərək tenderin qalibi olmuş AİM MEDA ilə razılaşma imzaladı. Razılaşma əsasında AİM “Təlimatçıların Təlimi” layihəsi çərçivəsində bir sıra sinif təlimlərilə seminarlar, praktiki sahə təlimləri və təlimalanların əlavə iş saatlarına nəzarəti həyata keçirdi.

6-16 iyun 2005-ci il tarixlərində Baş Təlimatçı Solmaz Adıgözəlova, Təlimatçı Fazil Cəfərov və fasilitator Nəzakət Bəyverdiyevadan ibarət AİM təlimatçı heyəti MEDA-nın Xucend ofisində MEDA-nın dəvət etdiyi iştirakçılar üçün birinci məşğələni keçməklə yüksək keyfiyyətli və tələbata uyğun kənd təsərrüfatı məsləhət xidmətlərinin səmərəli və effektiv keçirilməsinə dair aspektlər üzrə təlimlər vermişdir. Bu fəaliyyətlərin nəticəsi olaraq MEDA-nın kənd təsərrüfatı məsləhətçiləri etibarlı məsləhət xidmətlərini yaratmaq və müştəri fermerlərlə ilkin əlaqələr qurmaq bacarıqları üzrə təlimatlandırıldılar.

Məsləhət xidmətlərinin məqsədləri və metodologiyası üçün ünsiyyət vərdişləri üzrə məlumatlılıqlarını artırmaqla MEDA-nını aqro məsləhətçiləri 2005-ci ilin noyabr ayında keçirilən ikinci məşğələdə problem-həlli bacarıqlarını inkişaf etdirdilər. AİM-in təlimatçıları Yaşar İsgəndərov və Şəmsi Şəmiyevin keçirdikləri təlimlər aşağıdakı mövzuları əhatə etdmişdir:

  • Fermer təsərrüfatında problemlərin müəyyən edilməsi və təhlili
  • Məsləhət işinin planlaşdırılması
  • Nümayişetdirmə sahələrinin yaradılması
  • Əyani vəsaitlərin işlənib hazırlanması

2006-cı ilin 4-10 mart ərzində AİM direktoru/təlimatçısı Fazil Cəfərov, baş təlimatçı Solmaz Adıgözəlova və təlimatçı Yaşar İsgəndərov Suqd Vilayətində MEDA-nın icra etdiyi “Fermadan Bazara” layihəsinin bir komponenti olan “Təlimatçıların Təlimi”-nin üçüncü dövrünü həyata keçirmişdir. Bu fəaliyyətlər MEDA-nın aqro təlimatçıları üçün 6 günlük məşğələni əhatə edirdi və iştirakçıların təlimatlandırma, sinif məşğələləri və sahə təlimləri keçirilməsi üçün planlaşdırmada və dəstəkləmədə nəzəri və praktiki baccarıqlarını yaxşılaşdırmaq məqsədi güdürdü.

MEDA rəhbərliyi və AİM idarə heyəti arasında uzadılmış məsləhət müqaviləsi əsasında MEDA-nın Xucend ofisində bir təlimatçının təyin olunması ilə dəstək olmaqla Layihəyə yardım etmək imkanları üzə yuxarıda qeyd olunmuş danışıqlar uğurla nəticələnmişdir. AİM təlimatçısı cənab Yaşar İsgəndərov MEDA-ya iki ay müddətinə konsultasiya missiyasına təyin olunmuşdur. MEDA Tacikistanın Kənd Təsərrüfatı üzrə Məsləhət Bölməsi ilə sıx əməkdaşlıq çərçivəsində cənab İsgəndərov MEDA təşkilatının dörd layihə rayonunda məsləhət fəaliyyətinin inkişafını dəstəkləməkdə davam edir. Missiyanın sonunda o, aşağıdakılara nail olmuşdur:

  • Layihə ərazisində məsləhət xidmətinin ətraflı qiymətləndirilməsi
  • Təcrübələri bölüşmək və təşkilatın məsləhət xidməti strategiyasının inkişaf etdirilməsində MEDA Kənd Təsərrüfatı Şöbəsinə dəstək
  • Kənd Təsərrüfatı məsləhətçilərinə məsləhət xidmətinin maliyyələşdirilməsi üzrə yanaşmaların müəyyən edilməsində yardım
  • Tacikistanda tətbiqi mümkün olan məsləhət xidməti sistyeminin planlaşdırılmasının müzakirəsi
  • Məsləhət xidmətinin qiymətləndirilməsində Monitorinq və Qiymətləndirmə Şöbəsinə dəstək
  • Məsləhət xidməti üzrə təlimnamənin yaradılması
  • Təlimatçının Məlumat Kitabçasının yaradılması
  • Özəl Dayanıqlığa malik Kənd Təsərrüfatı Məsləhət Xidmətinin yaradılması üçün strategiya layihəsinin hazırlanması
Yuxarı

Digər ödənişli kurslar

Aqro İnformasiya Mərkəzi fəaliyyətində davamlılığını artırmaq və eləcə də ayrı-ayrı şəxslərin müxtəlif sahələrdə olan mövzulara maraqlarını təmin etmək məqsədilə ödənişli kurslar həyata keçirir. İntensiv kurslar fiziki şəxslərlə yanaşı müəssisə və təşkilatlar üçün də nəzərdə tutulub. Artıq ayrı-ayrı mövzularda təlimlər keçirilərək dinləyicilərə sertifikatlar təqdim edilmişdir. Təşkilat aşağıda göstərilən sahələr üzrə qısa və uzunmüddətli ixtisasvermə kurslarına ödənişli əsaslarla dinləyiji qəbul edir:

  • Mühasibat Uçotu
  • K/T Biznesinin Planlaşdırılması
  • Marketinq fəaliyyəti
  • Kənd Təsərrüfatında Məsləhət Xidməti Metodologiyası
  • Fəaliyyətlərin Planlaşdırılması, Monitorinq və Qiymətləndirmə

Kənd Təsərrüfatına dair Spesifik Təlimlər:

  • Quşçuluğun İdarəolunması
  • Heyvandarlığın İdarəolunması
  • Toxumçuluğun İdarəolunması

Kurslara qatılmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir:
  1. Ərizə
  2. Şəxsiyyəti təsdiq edən sənəd
Kurslar AİM-in Ağcabədi və Bərdə şəhərlərində yerləşən ofislərində təşkil edilir.
 
Yuxarı