Fermerlərin təklifi
Arı ailəsi
Arı ailələri satıram. Qiyməti razılaşma ilə.
pomidor
75 ton əla növ pomidor, qiymeti raz. ilə
Buğda
200 ton buğda məhsulu. Qiyməti razılaşma ilə.

Torpaq, su və bitki analizi laboratoriyası
Aqro İnformasiya Mərkəzi tərəfindən (AİM-Azərbaycan) məsləhət xidmətinin davamlılığını artırmaq, eləcə də aqrar sahədə yüksək keyfiyyətli xidmət sferasını genişləndirmək istiqamətində atılan addımlardn biri də 2007-ci ilin noyabr ayında Ağcabədi rayonunda Torpaq, Su və Bitki Analizi laboratoriyasının istifadəyə verilməsi oldu.
Məqsədimiz nədir?
Laboratoriyanın yaradılmasında başlıca məqsəd torpağın, suyun və eləcə də bitkinin tərkibini analiz etməklə fermerlərə səmərəli gübrələmə strategiyasına dair tövsiyələr verməkdən ibarətdir. Başqa sözlə, burada qida maddələrinin çatışmazlıqlarını və hər hektar torpaq səhəsinə hansı gübrədən nə qədər verilməsini müəyyən etməklə fermerlərin məhsuldarlığının artırılmasına dəstək göstərilir.
Laboratoriya hansı zərurətdən yaradıldı?
Azərbaycan kəndlisinin üzləşdiyi bir çox problemlərin həlli əsas istehsal vasitəsi olan torpaqdan səmərəli istifadə olunmasını və onun yaxşılaşdırılmasını tələb edir. Torpaq üzərində xüsusi mülkiyyətin bərqərar olduğu dövrdən bəri bu məsələ fermerlərin diqqət mərkəzindədir. Odur ki, istifədə edilən torpaqların münbitliyini artırmaq məqsədilə gübrələmə strategiyasının hazırlanması vacib məsələlərdən biridir. Lakin yaxın ərazidə laboratoriyanın olmaması bu sahədə ciddi problemə çevrilmişdir. Bütün bunları nəzərə alaraq Aqro İnformasiya Mərkəzi (AİM) Respublikamızın Aran bölgəsində ilk dəfə olaraq Torpaq, Su və Bitki Analizi Laboratoriyasının yaradılmasını qərara aldı.
Laboratoriyada əsasən hansı analizlər aparılır?
Analizlərin nəticəsində torpaqda, suda və bitkidə azot, fosfor, kalium qida maddələri, turşuluq, eyni zamanda torpağın humusu və karbonatlığının miqdarı müəyyən ediləcəkdir.
Qeyd olunan təyinatlar üzrə analizlərin aparılması fermerlər üçün əlavə xərclərə və bir o qədər də tələb olunmayan resurslara qənaət etmək üçün imkanlar yaradır. Başqa sözlə, analizin nəticələri torpaq sahibinə konkret istiqamətdə daha az məsrəflərin səfərbər olunmasını tövsiyyə edə bilər.
Laboratoriyada torpaq, su, bitki və gübrənin analizi üçün Avropanın inkişaf etmiş ölkələrində geniş şəkildə istifadə olunan yeni nəsil avadanlıqlar quraşdırılmışdır. Onlardan bir neçəsinin iş prinsipi ilə tanış olaq:
«Alovlu Fotometr» - bu cihazla torpaqdakı kaliumun (K), natriumun (Na), kalsiumun (Ca), bariumun (B) və litiumun (Li) miqdarını təyin etmək mümkündür.
«Spektrofotometr» - bu cihazla fosforun (P) miqdarını təyin etmək mümkündür.
«Kalsimetr» - Bu cihazın vasitəsi ilə torpaqdakı Kalsium Karbonatın (Ca CO3) miqdarı təyin edi-lir, az, orta, yaxud yüksək səviyyədə olub olmaması müəyyənləşir.
“Azot/Protein təyinetmə cihazı” - Bu cihazın vasitəsi ilə torpaqda Azotun (N) və bitkilərdə proteinin miqdarı təyin edilir.
«PH - metr» və «Konduktimetr» - turşuluğu və duzluluğu müəyyən edir.