Aqro İnformasiya Mərkəzi

Fermerlərin “Sərvət”i

Fermerlərin təklifi

Arı ailəsi
Arı ailələri satıram. Qiyməti razılaşma ilə.

pomidor
75 ton əla növ pomidor, qiymeti raz. ilə

Buğda
200 ton buğda məhsulu. Qiyməti razılaşma ilə.

Hava haqqında

Bakı +25..+27 °C
Rayonlarımız

Ödənişli kurslar

Ödənişli kurslar

Aqro İnformasiya Mərkəzi fəaliyyətində davamlılığını artırmaq və eləcə də ayrı-ayrı şəxslərin müxtəlif sahələrdə olan mövzulara maraqlarını təmin etmək məqsədilə ödənişli kurslar həyata keçirir. İntensiv kurslar fiziki şəxslərlə yanaşı müəssisə və təşkilatlar üçün də nəzərdə tutulub. Artıq ayrı-ayrı mövzularda təlimlər keçirilərək dinləyicilərə sertifikatlar təqdim edilmişdir. Təşkilat aşağıda göstərilən sahələr üzrə qısa və uzunmüddətli ixtisasvermə kurslarına ödənişli əsaslarla dinləyici qəbul edir:
  • Mühasibat Uçotu
  • K/T Biznesinin Planlaşdırılması
  • Marketinq fəaliyyəti
  • Kənd Təsərrüfatında Məsləhət Xidməti Metodologiyası
  • Fəaliyyətlərin Planlaşdırılması, Monitorinq və Qiymətləndirmə

Kənd Təsərrüfatına dair Spesifik Təlimlər:
  • Quşçuluğun İdarəolunması
  • Heyvandarlığın İdarəolunması
  • Toxumçuluğun İdarəolunması

Kurslara qatılmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir:
  1. Ərizə
  2. Şəxsiyyəti təsdiq edən sənəd
Kurslar AİM-in Ağcabədi və Bərdə şəhərlərində yerləşən ofislərində təşkil edilir.