Fermerlərin təklifi
Arı ailəsi
Arı ailələri satıram. Qiyməti razılaşma ilə.
pomidor
75 ton əla növ pomidor, qiymeti raz. ilə
Buğda
200 ton buğda məhsulu. Qiyməti razılaşma ilə.
Arı ailələri satıram. Qiyməti razılaşma ilə.
pomidor
75 ton əla növ pomidor, qiymeti raz. ilə
Buğda
200 ton buğda məhsulu. Qiyməti razılaşma ilə.
AİM haqqında
Aqro İnformasiya Mərkəzi (AİM-Azərbaycan) 1999-cu ilin noyabr ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, qeyri-siyasi, qeyri-dini və qeyri-gəlirli Milli Qeyri Hökumət Təşkilatıdır.
AİM-in əsas məqsədi fermerçiliklə məşğul olan əhaliyə məsləhət və informasiya, eləcə də dəstəkləyici xidmətlər göstərmək, bazarla əlaqələrini genişləndirməklə onlarda özünə inamı və gəlirlərini artırmaqdır.
AİM 1992-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən Diakoni Fövqəladə Yardım (DFY) Alman Humanitar Təşkilatının heyəti tərəfindən təsis edilmişdir. Daha uzunmüddətli və dayanıqlı inkişafa malik bir QHT yaratmaq fikri Diakoni tərəfindən maliyyələşdirilən və 1996-cı ildə başlayaraq 1999-cu ildə tamamlanmış Kənd Təsərrüfatına Yardım və Bərpa Layihəsinin icrası müddətində ortaya çıxmışdır. Bu zaman bütün tərəfdaşlar əkinçilik və həmçinin heyvandarlıq fəaliyyətilə məşğul olan insanlara tələbata uyğun məsləhət xidmətlərinin çatdırılmasının zəruri olması haqqında razılığa gəldilər. Beləliklə DFY-ın Azərbaycan Nümayəndəliyi və Almaniyanın Ştutqard şəhərindəki əsas İdarə Heyəti ölkədə Milli QHT-nin yaranmasını dəstəkləmişlər. Qeydiyyatdan keçdikdən sonra Aqro İnformasiya Mərkəzi Diakoni təşkilatının fəaliyyətlərinin icrasında tərəfdaş bir təşkilata çevrildi. DFY-ın əsas fəaliyyəti yardımdan inkişaf fəaliyyətlərinə yönləndirdiyi üçün o, AİM-ə maliyyə dəstəyini öhdəsinə götürmək üçün Avropa donorlar Konsorsiumuna müracitə etmişdir. 2001-ci ildən etibarən AİM-n fəaliyyətləri və həmçinin onun heyətinin qurulması həm maliyyə cəhətdən və həmçinin uzun müddətli olmaqla Məsləhətçi təminatı ilə Almaniyadan EED və Hollandiyanın İCCO təşkilatı tərəfindən dəstəklənmişdir.
Yarandığı vaxtdan bəri AİM həm birbaşa və həm də kənd təsərrüfatı məsləhətçilərinin təlimi vasitəsilə fermerçiliklə məşğul olan əhaliyə tələbata uyğun və keyfiyyətli məsləhət xidmətləri və informasiya vermək işi ilə məşğul olur. Məqsəd qrupu məcburi köçkünlərdən başqa oturaq fermer təsərrüfatı ilə məşğul olan əhalini də əhatə edir.
Məlumdur ki, kənd təsərrüfatı üzrə məsləhət xidməti fermerlərə məlumatın çatdırılması və onların problemlərinin həllində kömək etməklə fermer təsərrüfatından gələn gəliri artırmağa xidmət edir. Məsləhət proqramları fermerləri öz səviyyələrində və öz resursları hesabına problemləri həll etməyə imkan verir və onları buna inandırır.
Bu ümumi məqsədə yetişmək üçün AİM-in tutduğu yollardan biri də Kənd Təsərrüfatı Məsləhətçilərinin (KTM) təlimidir. Bu təlim daha yaxşı kənd təsərrüfatı təcrübələri vasitəsilə məhsuldarlığı artırmış və beləliklə də kənd əhalisinin yaşayış səviyyəsini ilbəil yüksəltmişdir. AİM məqsəd qruplarına tələbata uyğun məsləhət xidmətlərinin verilməsi və informasiya çatdırılmasına ciddi cəhdlər göstərmişdir. AİM-in MQ Şöbəsinin (Monitorinq və Qiymətləndirmə) intensiv monitorinq və qiymətləndirmə işləri məqsəd qrupunun inkişaf etmiş kənd təsərrüfatı təcrübələrinə etibarını artırmışdır.
Bu fəaliyyətlərdə başlıca prioritet ödəniş əsaslı xidmətlərə və KTM-lərin göstərdiyi mütəxəssis yardımı müqabilində ödəniş etməyə olan könülsüzlük münasibətini dəyişdirmək olmuşdur. Layihənin sonrakı mərhələlərinədək məsləhətçilərin verdiyi çox böyük üstün mənfəətlərin fermerlər tərəfindən qiymətləndirilməsi üzə çıxdı və bu da göstərilən xidmətlərin dayanıqlığına xidmət etmişdir.
İndiyədək əldə edilən təcrübələr məsləhət xidmətində və informasiya yayımında tətbiq edilən metodologiyaların perspektivini genişləndirməyə və qabaqcıl və daha yenilikçi yanaşmaların axtarılmasına yardım göstərmişdir.
AİM-in əsas məqsədi fermerçiliklə məşğul olan əhaliyə məsləhət və informasiya, eləcə də dəstəkləyici xidmətlər göstərmək, bazarla əlaqələrini genişləndirməklə onlarda özünə inamı və gəlirlərini artırmaqdır.
AİM 1992-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən Diakoni Fövqəladə Yardım (DFY) Alman Humanitar Təşkilatının heyəti tərəfindən təsis edilmişdir. Daha uzunmüddətli və dayanıqlı inkişafa malik bir QHT yaratmaq fikri Diakoni tərəfindən maliyyələşdirilən və 1996-cı ildə başlayaraq 1999-cu ildə tamamlanmış Kənd Təsərrüfatına Yardım və Bərpa Layihəsinin icrası müddətində ortaya çıxmışdır. Bu zaman bütün tərəfdaşlar əkinçilik və həmçinin heyvandarlıq fəaliyyətilə məşğul olan insanlara tələbata uyğun məsləhət xidmətlərinin çatdırılmasının zəruri olması haqqında razılığa gəldilər. Beləliklə DFY-ın Azərbaycan Nümayəndəliyi və Almaniyanın Ştutqard şəhərindəki əsas İdarə Heyəti ölkədə Milli QHT-nin yaranmasını dəstəkləmişlər. Qeydiyyatdan keçdikdən sonra Aqro İnformasiya Mərkəzi Diakoni təşkilatının fəaliyyətlərinin icrasında tərəfdaş bir təşkilata çevrildi. DFY-ın əsas fəaliyyəti yardımdan inkişaf fəaliyyətlərinə yönləndirdiyi üçün o, AİM-ə maliyyə dəstəyini öhdəsinə götürmək üçün Avropa donorlar Konsorsiumuna müracitə etmişdir. 2001-ci ildən etibarən AİM-n fəaliyyətləri və həmçinin onun heyətinin qurulması həm maliyyə cəhətdən və həmçinin uzun müddətli olmaqla Məsləhətçi təminatı ilə Almaniyadan EED və Hollandiyanın İCCO təşkilatı tərəfindən dəstəklənmişdir.Yarandığı vaxtdan bəri AİM həm birbaşa və həm də kənd təsərrüfatı məsləhətçilərinin təlimi vasitəsilə fermerçiliklə məşğul olan əhaliyə tələbata uyğun və keyfiyyətli məsləhət xidmətləri və informasiya vermək işi ilə məşğul olur. Məqsəd qrupu məcburi köçkünlərdən başqa oturaq fermer təsərrüfatı ilə məşğul olan əhalini də əhatə edir.