Aqro İnformasiya Mərkəzi

Fermerlərin “Sərvət”i

Fermerlərin təklifi

Arı ailəsi
Arı ailələri satıram. Qiyməti razılaşma ilə.

pomidor
75 ton əla növ pomidor, qiymeti raz. ilə

Buğda
200 ton buğda məhsulu. Qiyməti razılaşma ilə.

Hava haqqında

Bakı +24..+26 °C
Rayonlarımız

2010-cu il fevral ayına olan aqrometeoroloji şərh

04.02.2010

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Aqro İnformasiya Mərkəzinə verilən məlumata görə, Mərkəzi Aran rayonlarında fevral ayı ərzində havanın orta aylıq temperaturu 4-6° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Ay ərzində gündüzlər gözlənilən 7-12° isti  payızlıq dənli əkinlərdə bitkilərin zəif inkişafını təmin  etsə də ayrı-ayrı günlərdə ehtimal edilən şaxtalı hava şəraiti bitkilərdə inkişafı dayandıracaq. Qışlaqlarda hava şəraiti mal-qaranın otarılmasında mühüm çətinliklər yaratmayacaq.

Qazax-Gəncə, Ağdam- Füzuli rayonlarında fevral ayında havanın orta aylıq temperaturu 2-4° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər  yüksəkdir. Ay ərzində gündüzlər gözlənilən 2-7° isti və soyuq dövrlərdə 0-2° şaxta payızlıq dənli əkinlərdə bitkilərin inkişafını təmin etməyəcək və bitkilərin vegetasiyasında durğunluq davam edəcəkdir. Lakin ayrı-ayrı günlərdə maksimum temperaturun 12-15°–yə yüksəlməsi bitkilərdə zəif inkişafı təmin  edəcək. Belə hava şəraiti qışlaqlarda mal-qaranın otarılmasında mühüm çətinliklər yaratmayacaq.

Fevralın 5–dən 10–dək gözlənilən hava şəraiti
 
Azərbaycanın rayonlarında fevralın 5-də hava şəraitinin kəskinləşəcəyi, fasilələrlə qar yağacağı, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir bəzi yerlərdə güclənəcək, ayrı-ayrı yerlərdə şiddətlənəcək. Bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-4° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-5° şaxta olacaq. Yollar buz bağlayacaq.
Fevralın 6-7-də fasilələrlə qar yağacağı, fevralın 6-da bəzi yerlərdə yağıntıların intensivləşəcəyi gözlənilir. Fevralın 7-də gündüz qərb rayonlarında yağıntı tədricən kəsiləcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Fevralın 6-da bəzi yerlərdə çovğun ehtimalı var. Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.
 
daha ətraflı...

geriyə