Aqro İnformasiya Mərkəzi

Fermerlərin “Sərvət”i

Fermerlərin təklifi

Arı ailəsi
Arı ailələri satıram. Qiyməti razılaşma ilə.

pomidor
75 ton əla növ pomidor, qiymeti raz. ilə

Buğda
200 ton buğda məhsulu. Qiyməti razılaşma ilə.

Hava haqqında

Bakı +24..+26 °C
Rayonlarımız

2010-cu il mart ayına olan aqrometeoroloji şərh

01.03.2010

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Aqro İnformasiya Mərkəzinə verilən məlumata görə, Mərkəzi Aran rayonlarında mart ayı ərzində temperatur rejiminin normaya  yaxın olacağı ehtimal edilir ki, bu da payızlıq dənli əkinlərdə bitkilərin zəif inkişafına, 3-cü ongünlükdə isə temperaturun yüksəlməsi bütün bitkilərdə inkişafın sürətlənməsinə səbəb olacaq. Yağıntıların iqlim normasına yaxın olacağı gözlənilir. Arabir qeyri-sabit hava şəraiti qışlaqlarda mal-qaranın otarılmasını çətinləşdirəcək.
Qazax-Gəncə, Ağdam- Füzuli rayonlarında ay ərzində ümumi temperatur rejiminin iqlim normasına yaxın olacağı ehtimalı payızlıq dənli əkinlərdə bitkilərin zəif inkişafını təmin edəcək. Ayın 3-cü dekadasında havanın temperaturunun bir qədər yüksəlməsi bütün bitki növlərində inkişafın sürətlənməsinə səbəb olacaq. Yağıntıların iqlim normasına yaxın, bəzi yerlərdə normadan çox olacağı bitkilərin suya olan tələbatının ödənməsi üçün əlverişli olacaq. Hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir tarla işlərinin aparılmasını və qışlaqlarda mal-qaranın otarılma şəraitini çətinləşdirəcək.

Azərbaycan Respublikası ərazisində 2010-cu il mart ayına olan hava proqnozu

Mart ayında hava şəraitinin keçid dövrünə xas olan tez-tez dəyişiklik müşahidə olunacaq. Ay ərzində ümumi temperatur rejiminin iqlim normasına yaxın, üçüncü ongünlükdə  normadan bir qədər yüksək olacağı gözlənilir. Respublika ərazisində yağıntıların qeyri-bərabər paylanacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan çox olacağı ehtimal olunur.

daha ətraflı...

geriyə