Aqro İnformasiya Mərkəzi

Fermerlərin “Sərvət”i

Fermerlərin təklifi

Arı ailəsi
Arı ailələri satıram. Qiyməti razılaşma ilə.

pomidor
75 ton əla növ pomidor, qiymeti raz. ilə

Buğda
200 ton buğda məhsulu. Qiyməti razılaşma ilə.

Hava haqqında

Bakı +25..+27 °C
Rayonlarımız

Hava haqqında

Sentyabrın  01-dən   10-dək  gözlənilən hava şəraiti haqqında məlumat

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Saatlı, Neftçala rayonlarında
Hava əsasən yağmursuz olacaq. Lakin ongünlüyün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Qərb küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı günlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 33-36°, sentyabrın 01-də 38°-dək isti,
ongünlüyün sonunda temperatur 3-5° aşağı enəcək. 
 
***
Qazax-Gəncə, Tər-Tər, Ağdam-Füzuli-Cəbrayıl
Hava əsasən yağmursuz olacaq. Lakin ongünlüyün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Qərb küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı günlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz  30-35°, ongünlüyün sonunda temperatur
3-5° aşağı enəcək.

Azərbaycan Respublikası ərazisində 2010-cu il sentyabr ayına olan hava proqnozu

Sentyabr ayında hava şəraitinin nisbətən sabit keçəcəyi, orta aylıq temperaturun iqlim norması daxilində, bəzi rayonlarda isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Ay ərzində respublika üzrə yağıntıların qeyri-bərabər paylanması gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimalı var.

Mərkəzi Aran rayonlarında
Temperatur
Orta aylıq   23-26° isti gözlənilir ki, bu da iqlim normasına və bir qədər yüksəkdir.
Gecələr      17-21° isti təşkil edəcək.
Gündüzlər  27-32° isti, ayrı-ayrı günlərdə 36°-dək yüksələcək.
Yağıntı      aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Tər-Tər, Ağdam-Füzuli-Cəbrayıl
Temperatur
Orta aylıq   21-24° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3° yüksəkdir.
Gecələr      14-19° isti təşkil edəcək.
Gündüzlər  24-29° isti, ayrı-ayrı günlərdə 32-34°-dək yüksələcək.
Yağıntı      aylıq yağıntının miqdarının iqlim normasına (norma 17-44 mm) olacağı gözlənilir.
 
Mənbə: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu

01 sentyabr 2010
  Bakı 22° C 33° C
  Şəki 17° C 27° C
  Quba 16° C 26° C
  Gəncə 22° C 33° C
  Lənkəran 21° C 31° C
  Zaqatala 18° C 28° C